İki minik avtomobili toqquşub, 1 nəfər ölüb

10:04 23.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Suraxanı rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər