İki nəfər küçədə bir-birini bıçaqladı

12:10 05.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda iki nəfər bıçaqlanıb.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında baş verib.

İsmayıllı rayon sakini, 1979-ci il təvəllüdlü Nağıyev Sərraf Ağazadə oğlu Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 1977-ci il təvəllüdlü Həşimov Ramin Mikayıl oğlu 3-cü mikrorayon dairəsində mübahisə edib. Mübahisə zamanı hər iki şəxs bir-birini ürəyindən bıçaqlayıb. Nəticədə S.Nağıyev döş qəfəsinin, boyun, çənə və dirsək nayihələrinin kəsilmiş-deşilmiş yaraları, R.Həşimov isə döş qəfəsinin, kürək və qol nayihələrinin xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.