İkisi general olmaqla 5 Baş İdarə rəisi vəzifədən azad olundu

11:00 01.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş İdarələrinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.

Bu barədə Trend-ə Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

O bildirib ki, həmin sözügedən Baş İdarələrin sayı beşdir və onlar ləğv olunmayıb

 

Vəzifəsindən azad olunan idarə rəisləri isə aşağıdakılardır:

Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev.