İlqarə Kazımovadan “Mən oluram” gəldi

14:22 05.06.2026 Müəllif:Ayəndə Dadaşova
Yazını böyüt
Yazını kiçilt

Müğənni İlqarə Kazımova yeni musiqi işini dinləyicilərinin ixtiyarına verib.

Hafta.az xəbər verir ki, onun təqdim etdiyi yeni mahnı “Mən oluram” adlanır. Bəstə ilk baxışda sevgi mövzusuna həsr olunsa da, onun əsas mesajı daha geniş məna daşıyır.

Bəstə təkcə qadın və kişi arasındakı münasibətlərdən deyil, eyni zamanda ana və övlad sevgisindən, dostluq bağlarından, valideyinə olan məhəbbətdən bəhs edilir.

Mahnının sözləri və musiqisi Nicat Məlikova məxsusdur. Aranjimanı isə Aligee edib.

Qeyd edək ki, “Mən oluram” artıq bütün rəqəmsal musiqi platformalarında paylaşılıb.