İndoneziyada təbii fəlakət qurbanlarının sayı artıb

11:37 04.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndoneziyada aramsız yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. 

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, Yeni il gecəsindən bu günə qədər 173 min insan sığınacaqlara yerləşdirilib. Sel və torpaq sürüşmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində böyük ərazidə təmizlik və bərpa işlərinə başlanıldığı qeyd edilib.