İran hakimiyyəti çox xain və təhlükəli planlar qurur - Rauf Məmmədov

18:13 18.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın bir imperiya kimi zəifləməsi və qafqaz xalqlarının müstəqillik əldə etməsi, həmçinin, İranda baş verən azadlıq mübarizəsi şəraitində Azərbaycanın nümunə olması məsələsi daha da aktuallaşacaqdır. Bu proseslərin Azərbaycan üçün pozitiv tərəfləri ilə yanaşı, neqativ tərəfləri də mümkündür.

Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib:

“Bunun üçün, Azərbaycan konkret olaraq pozitiv tərəfləri bu gündən başlayaraq müəyyənləşdirməli və onları perspektivdə reallaşmasına hesab götürməlidir. Həmçinin, özünü mümkün risklərdən sığorta etməyi bacarmalıdır. Bunun üçün, Qafqazın və İranın dərindən araşdırılması və bu məsələlərin müəyyənləşdirilməsi vacibdir. 

Göründüyü kimi, İran hakimiyyəti çox xain və təhlükəli planlar qurur. İran hakimiyyəti bununla, ABŞ-ın onun üzərindən sanksiyaları qaldıracağını və zəngin enerji ehtiyatlarını Avropa bazarına çıxaracağını düşünür. Lakin, o, bölgədə kifayət qədər güc sahibi olan Rusiya və Türkiyə amilini unudur. Mövcud durumu nəzərə alaraq, Azərbaycan cənub istiqamətində, xüsusilə, Naxçıvan-İran sərhədlərində hərbi nəzarət mexanizmlərini gücləndirməlidir. Kars müqaviləsinin və Şuşa bəyannaməsinin şərtlərindən çıxış edərək, türk silahlı qüvvələrinin hərbi bazalarının Naxçıvanda yerləşdirilməsi qərarı tezliklə verilməlidir. Azərbaycan və Naxçıvan sərhədləri boyu PKK terrorçularının (kamuflaj oluna bilər) fəaliyyətləri peyk kəşfiyyatı vasitəsilə nəzarətə götürülməli və hər hansı bir təxribat baş verərsə (sərhədə terrorçularının toplanması, Urmiya ətrafında yaşayan türklərə qarşı hərbi təcavüz), təhlükəsizlik məqsədilə ərazidə təhlükəsizlik zonası yaratmalıdır.

Azərbaycan özünün və təhlükəsizlik zonasının müdafiəsini gücləndirmək üçün, havadan müdafiə sistemlərinin daha da təkmilləşdirməli, F-16 hərbi təyyarələrinin sayını artırmalı, kəşfiyyat imkanlarını artırmaq üçün, Türkiyə və İsrail kəşfiyyatları ilə ortaq əməkdaşlıq platformaları qurmalıdır. İran xalqının cani rejimdən qurtulmasına dəstək verilməli və İranın gələcəyini onun öz xalqının sərbəst iradəsinə buraxmaq lazımdır. İran bir dövlət olaraq ABŞ, Fransa və Rusiya tərəfindən deyil, qonşu müsəlman ölkələri ilə dostluq əlaqələri quran demokratik bir hakimiyyət tərəfindən idarə olunmalıdır. Azərbaycan və Türkiyə, İran xalqının demokratik bir sistemə keçidinə dəstək olmalıdır. Bunun üçün, Azərbaycan İran xalqına yaxşı bir nümunə olmalıdır. Bu isə, Azərbaycanda demokratik istiqamətdə islahatların aparılmasını zəruri edir. Azərbaycan və Türkiyənin demokratiyası qərb modelinə deyil, daha çox ənənələrə söykənən milli demokratik prinsiplərə söykənməlidir. Bunun üçün, türk siyasi mədəniyyəti və ilkin islam sosial ədələt prinsipləri aradırmalı və onun konseptual əsasları yaradılmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər