İran indi də gözünü ƏFQANISTANIN SUYUNA DİKDİ

11:45 22.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Xarici İşlər Nazirliyinin Helmand çayı ilə bağlı bəyanatından sonra Tehran administrasiyası ilə Taliban arasında gərginlik artır.

Hafta.az-ın yazdığına görə, İran prezidenti İbrahim Rəisi ölkəsinin Helmand çayında su hüquqlarına dair tələbləri ilə bağlı Taliban hökumətinə sərt xəbərdarlıq edərək, rəsmi Kabili xəbərdarlıqları ciddi qəbul etməyə, bunu sıradan bir söhbət kimi görməməyə çağırıb. Rəisi deyib ki, əfqan administrasiyası iranlı mütəxəssislərin bəndə baş çəkməsinə və vəziyyəti təsdiqləməsinə icazə verməlidir. İranın xəbərdarlıqlarına cavabı Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid verib.

Mücahid Twitter hesabından verdiyi açıqlamada iki ölkə arasındakı siyasi mühitə xələl gətirilməməsi ilə bağlı xəbərdarlıq edərək, “İran səlahiyyətliləri əvvəlcə Helmand suları ilə bağlı biliklərini araşdırmalı, sonra tələblərini uyğun sözlərlə bildirməlidirlər. “Əgər faktlar düzgün araşdırılmasa, iki İslam ölkəsi arasında siyasi ab-hava pozulacaq və bu, heç bir tərəfin maraqlarına uyğun olmayacaq.

Taliban hökumətində Energetika və Su Nazirliyinin katib müavini Əbdüllətif Mənsur bildirib ki, Əfqanıstan Helmand çayının sularına hüququ ilə bağlı imzalanmış sazişə sadiqdir, lakin quraqlıq və iqlim dəyişikliyi ümumilikdə suya təsir edir. "Bütün tərəflər təxribat xarakterli bəyanatlardan əl çəkməli, problemlər anlaşma və dialoq yolu ilə həll edilməlidir", - Mənsur bildirib.

“1973-cü il müqaviləsi İran tərəfinin Hermand çayı ilə bağlı tələblərini aydın şəkildə və heç bir qeyri-müəyyənlik olmadan müəyyən edib”, - Mənsur vurğulayıb.

Mənsur İran prezidentinin açıqlamalarına cavab olaraq, “Əgər problem məsuliyyət məsələsidirsə, son qırx ildə İrana gedən milyardlarla kubmetr artıq suyun hesabını verməlidir” deyib. Bununla belə, İran Xarici İşlər Nazirliyinin açıqlamasında Talibanın bəyanatında yalan mövzular olduğu və İranın bunları şiddətlə təkzib etdiyi bildirilib.

Xatırladaq ki, İran və Əfqanıstan 1973-cü ildə İrana ildə 850 milyon kubmetr sudan istifadə etməyə imkan verən onilliklər boyu gərginlikdə olan çayın sularının bölüşdürülməsi haqqında saziş imzalayıblar. İllərdir Tehran Əfqanıstan hökumətlərini bu kvotaya əməl etməməkdə günahlandırır.

Siyasət rubrikasından digər xəbərlər