İran ofsaytda: Türkiyə - Fars Körfəzi İqtisadi Dəhlizi qurulur

09:15 23.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqın yeni nəqliyyat və infrastruktur layihəsi, Asiya ilə Avropanı birləşdirdiyini iddia edən Türkiyə - Fars Körfəzi İqtisadi Dəhlizi regional geosiyasəti və iqtisadiyyatı dəyişdirmək potensialına malikdir.

Hafta.az-ın yazdığına görə, Mardin Artuklu Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Siyasi Elmlər və Beynəlxalq Münasibətlər bölümünün doktoru Nəcməttin Acar deyir ki, layihənin gəlirləri və potensial təsirləri olduqca diqqətəlayiqdir.

İraqın baş naziri Məhəmməd Şia əs-Sudaninin açıqladığı layihənin məqsədi Fars körfəzindəki Böyük Fav limanından başlayaraq Türkiyəyə qədər 1200 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasıdır. Türkiyədən Körfəzə saatlar ərzində nəqliyyatı təmin edə biləcək bu 17 milyard dollarlıq İqtisadi Dəhliz layihəsi İraqı regionun iqtisadiyyatı və təhlükəsizlik strukturunda ön plana çıxara bilər.

Doktor Acar, "Layihənin Yaxın Şərq, xüsusilə Körfəz geosiyasətində mühüm nəticələri ola bilər. Əgər reallaşarsa, Süveyş kanalı, Bab əl-Məndəb və Hörmüz boğazları kimi kritik su yollarının əhəmiyyəti artacaq" deyib. Onun sözlərinə görə, bu halda Hörmüz boğazının çəkisi həm qlobal, həm də regional ticarətdə gücü azalacaq, Asiya ilə Avropa arasında nəqliyyat əhəmiyyətli dərəcədə qısalacaq.

Bu yeni nəqliyyat xətti Türkiyəyə də böyük gəlirlər gətirə bilər. Doktor Acarın sözlərinə görə, layihə "Türkiyənin enerji sahəsində mərkəzi ölkə olma siyasətini dəstəkləyən çox əhəmiyyətli təşəbbüsdür. Fars körfəzi bölgəsinin qlobal neft ehtiyatlarının üçdə ikisini və təbii qaz ehtiyatlarının üçdə birindən çoxunu ehtiva etməsi faktı bu layihəni son dərəcə strateji edir”.

Bundan əlavə, Türkiyə ilə Körfəz ölkələri arasında ticarət və təhlükəsizlik sahəsində əməkdaşlığa bənzərsiz töhfələr verə biləcək layihə Türkiyənin Asiya - Sakit okean regionu ilə əməkdaşlığı inkişaf etdirmək imkanları da verə bilər. Doktor Acar, "Bununla Türkiyə “Bir kəmər, bir yol” layihəsinin mühüm tərkib hissəsinə çevriləcək. Bundan əlavə, İraqın İnkişaf Yolu layihəsi İraq hökumətini gücləndirəcək, ölkədəki separatçı meyllərin və bölgədə terror fenomeninin zəifləməsinə kömək edəcək. "Bu, illərdir təhlükə kimi qəbul edilən Şimali İraqdakı problemlərin həllinə kömək edəcək", - o, deyib.

"Layihə reallaşarsa, Fars körfəzindən Avropaya ən qısa yol İraqdan keçəcək. Bu, İraqı bölgənin geosiyasətində çox kritik bir aktyora çevirəcək", - əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər