İran səfirliyi hərbi təlimlərlə bağlı bəyanat yaydı

12:19 19.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın ordusunun Azərbaycanla həmsərhəd bölgələrdə hərbi təlim keçirməsi ilə əlaqədar İranın ölkəmizdəki Səfirliyi bəyanat yayıb.

Hafta.az-ın yazdığına görə, bəyanatda deyilir: "İran silahlı qüvvələrinin şimal-qərb bölgəsində (bu yaxınlarda Ermənistanla olan sərhəddə başlayan) manevr və təlimləri, İran İslam Respublikası Silahlı Qüvvələrinin illik fəaliyyət təqviminə və dövri təlimlərə uyğun həyata keçirilir. Habelə Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibəti nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib. Bu notadan əlavə, İran İslam Respublikasının silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülüb ki, hazırda davam etdirilən bu təlimlərədə yerinə yetirilir". 

Bəyanatda qeyd olunur ki, dost və qardaş İran və Azərbaycan dövlətləri arasında münasibətlər hər zaman düşmənlərin geniş təbliğatının hədəfindədir. Lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub.

Siyasət rubrikasından digər xəbərlər