İran Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır - Ekspert

11:01 11.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İran Zəngəzur dəhlizi açılarsa, Ermənistan vasitəsi ilə dünyaya çıxışının qarşısının alınacağını düşünür. Eyni zamanda, Rusiyanın bu zolağa nəzarət edəcəyi təqdirdə özünün Cənubi Qafqaza nəzarət etməsinin qarşısının alınacağı qənaətindədir”.

Bunu hafta.az-a siyasi analitik Azər Hüseynzadə İranın Zəngəzur dəhlizində cızdığı “qırmızı xəttlə” bağlı narahatlığını təhlil edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya tarixən İranın Cənubi Qafqazda varlığını qəbul etməyən ölkə olub. İranın Rusiyanı Zəngəzurdan uzaq tutmaq istəməsinin səbəblərindən biri budur.

“Rusiya keçici olaraq İranın bölgədəki varlığını qəbul edir və təbii ki, gücləndiyi andan bunu istəməyəcək. Bu iki dövlət dəfələrlə bir biri ilə savaşa girmiş ölkələrdir və bu tarixi yaddaşlarını unutmurlar. Azərbaycan üçün isə əsas məsələ regionun inkişafı naminə bu prosesin uğurla irəliləməsi və Zəngəzur dəhlizinin ölkəmizin suverenliyi, müstəqilliyinin təminatı əsasında açılmasıdır. Dəhlizin açılması bu gün narahatlıq keçirən bütün sərhəd dövlətləri üçün əhəmiyyətli imkanlar yaradacaq. Ona görə də İran Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır”.