İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir. Hafta.az bildirir ki, bunu İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti Ghodratullah Shafieh bildirib.
O, qeyd edib ki, bunun üçün ilk növbədə Ermənistanın özünün istəyi lazımdır.
“Mühakimə edə bildiyimiz qədər, Ermənistanın özü İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil”, - deyə Şafiye əlavə edib.
Onun fikrincə, bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır.
Eyni zamanda ekspert Ermənistana qarşı müharibə olacağı təqdirdə İranın İrəvana kömək üçün öz qoşunlarını göndərəcəyinə inanmır.
“İran əsgərləri heç vaxt başqa ölkədə, o cümlədən husilərin vuruşduğu Yəməndə, Livanda və ya Suriyada döyüşməyib. Bütün bu hallarda söhbət İrandan alınan hərbi texnika və kəşfiyyatdan gedir, lakin İran silahlı qüvvələrinin özləri döyüşmür.
Ona görə də Ermənistana qarşı yeni hərbi təxribat olarsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”, - o vurğulayıb.
Eyni zamanda ekspert İranın İrəvana dolayısı ilə kömək edəcəyini də istisna etməyib.