İrkeştam keçid məntəqəsi 24/7 sınaq rejimində xidmətə başlayıb

10:26 02.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən Sincan-Uyğur Muxtar Bölgəsində Çin - Qırğızıstan sərhədində yerləşən İrkeştam keçid məntəqəsi rəsmi olaraq sınaq rejimində 24/7 gömrük rəsmiləşdirilməsi rejimini işə salıb.

Hafta.az-ın yazdığına görə, beləliklə, Çinin ən qərb quru sərhəd keçid məntəqəsi olan İrkeştam Xorqos keçid məntəqəsindən sonra Sincanda malların gömrük rəsmiləşdirilməsi sahəsində fasiləsiz fəaliyyəti təmin edən ikinci belə keçid məntəqəsi olub. Bu, Çinlə Mərkəzi Asiya arasında fasiləsiz ticarət və logistika kanallarına daha da töhfə verəcək.

Son zamanlar İrkeştam keçid məntəqəsi vasitəsilə Çinə daxil olan və çıxan insanların və nəqliyyat vasitələrinin sayında davamlı artım müşahidə olunur ki, bu da transsərhəd daşımalara yüksək tələbatın olduğunu göstərir.

Yerli beynəlxalq ticarət şirkətinin sədri Jianq Cidonqun sözlərinə görə, malların 24/7 rejimində gömrük rəsmiləşdirilməsi İrkeştamdan yüklərin keçidinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq və logistika xərclərini azaldacaq.

Dünənə olan məlumata görə, İrkeştam keçid məntəqəsindən yoxlamadan sonra keçən insanların sayı 105,8 mindən və nəqliyyat vasitələrinin sayı 98,5 min vahiddən çox olub ki, bu da illik müqayisədə 80 faiz və 79 faiz artım deməkdir.

Bazar günü saat 10:00-dan yüklər üçün 24/7 gömrük rəsmiləşdirilməsi rejimi sınaqdan keçirildiyi vaxtdan bu gün (bazar ertəsi) saat 08:00-dan etibarən “İrkeştam” keçid məntəqəsində ölkəyə gələn və gedən ümumilikdə 966 yük avtomobili yoxlanılaraq rəsmiləşdirilib.