İsmayıllı və Neftçalaya yeni icra başçıları təyin edildi - Sərəncam

14:11 05.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqov vəzifəsindən azad edilib.

Hafta.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

***

Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

***

Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham ƏIiyev bununla bağlı sərəncam imzalayıb.