Yazını böyüt
Yazını kiçilt
İsmayılda ölümlə nəticələnən yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA xəbər verir ki, Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub.
Nəticədə Mərdan Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant imiş.
Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.