İsmayıllıda küçəni keçən piyadanı avtomobil vurub

10:25 20.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda avtomobil piyadanı vurub, hadisə faciə ilə nəticələnib.

Ölümlə nəticələnən hadisə bu gün axşam saatlarında şəhər ərazisində baş verib. Belə ki, sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə Mərdan Əhmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.