İspaniya La Liqası: “Barselona” növbəti dəfə məğlub olub

12:37 06.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 5-də futbol üzrə İspaniya La Liqasının 12-ci turunun növbəti oyunu keçirilib.

Hafta.az xəbər verir ki, çempionatın iddialı klubu sayılan “Barselona” səfərdə “Kadiz” klubunun qonağı olub. Görüş gözlənilmədən meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Oyunda hesabı “Kadiz” açıb. Alvaro Ximenez fərqlənib. Matçın 57-ci dəqiqəsində “Kadiz”in futbolçusu Pedro Alkara avtoqola imza atıb. Matçın 63-cü dəqiqəsində isə “Kadiz” yenidən hesabda önə keçib. Alvaro Neqredo adını tabloya yazdırıb.

Bu nəticədən sonra “Barselona” 14 xalla 7-ci, “Kadiz” isə 18 xala 5-ci yerdə qərarlaşıb.

“Barselona”nın əzəli rəqibi “Real Madrid” isə növbəti oyununu səfərdə “Sevilya” klubu ilə keçirib. Görüş madridlilərin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda yeganə qolu 55-ci dəqiqədə “Sevilya”nın futbolçusu Bomo öz qapısına vurub.

La Liqanın lideri “Atletiko Madrid” isə öz meydanında “Valyadolid” klubunu 2:0 hesabı ilə məğlub edib.