İsrailin paytaxtı ballistik raketlərlə atəşə tutuldu

15:00 03.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yəmənin "Ənsar Allah" hərəkatı iki ballistik raketdən istifadə etməklə İsrail paytaxtındakı hədəflərə zərbələr endirildiyini açıqlayıb.

Hafta.az xəbər verir ki, bu açıqlamanı hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya yayıb. O, hücum zamanı "Fələstin-2" adlı yeni hipersəsli ballistik raketdən və "Zülfüqar" ballistik raketindən istifadə edildiyini bildirib.

Y.Sariya əlavə edib ki, əməliyyat uğurla icra edilib və qarşıya qoyulan məqsədlərə tam nail olunub. /TASS/