İstehlaka yararsız 10 ton süd məhsulu məhv edilib

12:01 30.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstehlaka yararsız 10 ton müxtəlif növ süd məhsulları məhv edilib.

Bu barədə hafta.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC tərəfindən agentliyə daxil olan müraciət əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 69 adda 10 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Oxunma sayı 88