İtaliyanın ölkəmizdəki Səfirliyi uzun illərdən bəri yerləşdiyi binasını tərk edir.
Hafta.az yazır ki, Səfirlik İçərişəhərdəki ("İçərişəhər" metrostansiyasının arxası) - Kiçik Qala küçəsi 44 ünvanından Landmark-ın binasına köçüb. Bu barədə səfirliyin sosial səhifəsində deyilir.

"Şirvanşahlar Sarayının mənzərəsi üçün çox darıxacağıq... Ancaq bunu yaxşı bir məqsəd üçün edirik. Növbəti bir neçə gün ərzinda Səfirlik 20 ildən çoxdur ki, İcərişəhərin mərkəzinda yerləşə binadan Landmark I kompleksinə köçəcək. Lakin 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən açılışı həyata keçirilən və bu qədər bağlı olduğumuz köhnə qərargahı tam tərk edə bilməzdik. Köhnə bina İtaliyanın Bakıdakı Səfirinin iqamətgahı olaraq istifadə ediləcək və Bakının ən məftunedici guşəsində bizim varlığımızı təsdiqləyəcək", - Səfirliyin facebook səhifəsində deyilir.

Xatırladaq ki, şəxsən mən İtaliyanın ölkəmizdə ilk səfiri olmuş cənab Alessandro Fallovalita ilə 1999-cu ildə məhz bu binadakı otağında müsahibə etmişdim...