Aİ müşahidəçiləri Ermənistanda hər həftə təxminən 3800 km məsafə qət edirlər

19:55 19.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının müşahidəçiləri hər həftə Ermənistan və Azərbaycan arasındakı sərhəd bölgələrində təhlükəsizliklə bağlı hadisələri izləmək üçün şimaldan cənuba və şərqdən qərbə təxminən 3800 km məsafə qət edirlər.

Hafta.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı missiyası “Twitter” mikrobloqunda açıqlama paylaşıb.

"Aİ missiyası da bu həftə baş verən hadisədən dərhal sonra Yeraşxda(Arazdəyən-S.L.) olub, fabrikin sahibləri ilə görüşüb", - yazıda belə deyilir.

Xatırladaq ki, Ermənistanın Azərbaycanla sərhədinə təxminən 40-50 nəfərlik ilk Aİ missiyası 2022-ci ilin oktyabrında göndərilib. Həmin ilin dekabrında bu missiyanın müddəti başa çatdıqdan sonra 2023-cü ilin yanvarında təxminən 100 nəfərdən ibarət ikinci missiya göndərilib və o, fevral ayından fəaliyyətə başlayıb.

Siyasət rubrikasından digər xəbərlər