Yazını böyüt
Yazını kiçilt
Yanvarın 30-da ABŞ-ın Maliyyə Nazirliyi İranın Atom Enerjisi Təşkilatını və onun rəhbəri Əli Əkbər Salehinin adını sanksiyalar siyahısına əlavə edib.
Hafta.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təşkilatın və onun rəhbərinin ABŞ banklarındakı hesabları dondurulacaq. İranın Atom Enerjisi Təşkilatı ilə iş birliyini davam etdirən xarici şirkətlər də sanksiyaya məruz qalacaqlar. Eyni zamanda onların ABŞ dövləti və şirkətləri ilə bütün əlaqələri kəsiləcək.
Rəsmi Tehran və Ə.Ə.Salehinin özü hələlik ABŞ-ın bu qərarına münasibət bildirməyiblər.