Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin mərkəzi hissəsi olan Kolorado ştatında güclü meşə yanğını səbəbindən həbsxana təcili təxliyə edilib.
Hafta.az xəbər verir ki, bu barədə "NBC" telekanalı dövlət islah müəssisələri departamentinin məlumatlarına istinadən bildirib. Qeyd edilib ki, 179 məhbusun hamısı ehtiyat tədbiri olaraq koloniyadan təhlükəsiz şəkildə çıxarılıb".
KİV-in məlumatına görə, artıq ştatda mindən çox yanğınsöndürən yanğınla mübarizə aparır. Yanğına "Li" adı verilib.
Bu arada, artıq 432 kvadrat kilometr ərazini bürüyən yanğın ştat tarixində ən böyük 6-lığa daxil olub.