ABŞ-da keşiş 14 yaşlı qıza maşında təcavüz etdi

18:45 16.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Corciya ştatında (ABŞ) keşiş 14 yaşlı qızı öz avtomobilinə mindirib ona cinsi təcavüz etdiyinə görə 45 il müddətinə azadlıqdan məhrum edilib.

WSB-TV Macon Məhkəmə dairəsinin prokuroru Anita R. Howard-a istinadən xəbər verir.

Onun sözlərinə görə, hadisə 2021-ci ilin sentyabrında, qız məktəbdən qayıdarkən baş verib. Donald Uilyams avtomobilini saxlayıb, qıza onun pastor olduğunu söyləyib və onu evə aparmağı təklif edib.
Əvəzində azyaşlını tənha yerə apararaq ona hücum edib və bundan sonra xütbəyə gedib və həmin vaxt qurban öz avtomobilində qalıb. Bir neçə saatdan sonra onu evə aparıb.

Məhkəmə 33 yaşlı kişini 45 il müddətinə azadlıqdan məhrum edib, bu müddətin ən azı 20 ilini həbsxanada keçirməlidir.