ABŞ Dövlət Departamentinin bu hesabatı bəşəri ədalətə hörmətsizlikdir - Ramil Hüseynov

11:52 07.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“ABŞ Dövlət Departamentinin bu bəyanatı bəşəri ədalətə həqarət, hörmətsizlikdir. Bu cür qeyri-ciddi hesabatların ABŞ tərəfindən açıqlanması təəssuf doğurur”.

Bunu hafta.az-a Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hazırladığı hesabatında Azərbaycanı əsassız, qərəzli şəkildə ittiham etməsi ilə bağlı açıqlamasında bildirib.

R.Hüseynov bildirib ki, bu tip ölkələr və beynəlxalq təşkilatlar artıq öz siyasi ampulalarını açığa çıxarmaqla reputasiyalarını qoruyub saxlaya bilmirlər.

Mərkəz rəhbəri hesab edir ki, dünya hegemonlarından sayılan bir ölkənin statusuna yaraşmayan qeyri-obyektiv hesabatları qəbul olunmazdır. 

“Azərbaycan multikulturalizm dəyərlərinə böyuk diqqət və qayğı ilə yanaşan, tolerant, dini etiqad və azadlıqlarına hörmət edən bir ölkədir. Biz bunu dəfələrlə öz siyasi addımlarımızla göstərmişik. Ölkədə bərabər şəkildə yaşayan çoxmillətli, çoxdinli vətəndaşlarımızın hüquqları onlara münasibət həmişə dövlətimizin siyasi konsepsiyasında önəmli  rol oynayıb və bu, belə də olacaq. Çünki biz uzun illərdir ki, bu cür yaşamağı qonaqpərvərliyimizlə  dəyərlərimizlə qoruyub saxlamışıq”.

R.Hüseynov Azərbaycana qarşı qərəzli hesabatın hazırlanmasında iştirak edən erməni dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyanla bağlı bir mühüm faktı da  xatırladıb.

“Ermənistanın Azərbaycana qarşı işğal, soyqırımlar törətməsinə baxmayaraq bu gün də erməni kilsəsi Bakının mərkəzində uzun illərdir qorunun saxlanır. Amma bizim bütün mədəni, dini və digər abidələrimiz erməni terrorçuları tərəfindən Qarabağda məhv edilib”.

R.Hüseynov bəyan edib ki, əgər bunu görmədən bizə bu münasibət sərgilənirsə, bu bizə ikili yanaşma və qərəzdən başqa bir şey deyil. Onun fikrincə, bütün bunlar ölkəmizə qarşı təzyiq və təsirlərin artırılması  beynəlxalq  siyasi müstəvidə siyasi kursumuza diplomatk hücumların yeni mərhələsidir.

“Amma əbəsdir. Biz xalq olaraq dövlət olaraq öz ölkəmizin maraqlarının təmin olunması, dövlətin hüquq və mənafelərinin qorunması üçün irəli surdüyümüz siyasi xətti qoruyub saxlayaçağıq və ölkəmizin daha da güclü və müasir dünya reallıqlarına uyğunlaşdırmaq üçün diplomatk aktivliyimizi və çevikliyimizi böyuk və mütərəqqi düşüncəmizlə irəli aparacağıq”.

Siyasət rubrikasından digər xəbərlər