ABŞ Milli Qvardiyası Vaşinqtonu nəzarətə aldı - Saxlanılanlar var

09:06 26.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Milli Qvardiya hərbçilərinin Vaşinqtona yeridilməsindən sonra təxminən iki həftə ərzində mindən çox şəxs saxlanılıb və 100-dən çox odlu silah müsadirə edilib.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pem Bondi "X" sosial şəbəkə hesabında məlumat verib. "1007 nəfər saxlanılıb, 111 ədəd odlu silah müsadirə edilib", - deyə o bildirib. Baş prokuror qeyd edib ki, ABŞ-də terror təşkilatı kimi tanınan "Tren de Araqua" transmilli bandasının üzvü də saxlanılıb.

Xatırladaq ki, avqustun 12-də Pentaqon paytaxtda cinayətkarlıqla mübarizə aparmaq üçün ABŞ Milli Qvardiyasının 800-ə yaxın əsgərini Vaşinqtona səfərbər edib.