ABŞ və Fransa reallıqları dəyişmək iqtidarında deyil - Politoloq

17:27 28.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ABŞ və Fransanın regionda sülh quruculuğu prosesi ilə bağlı qeyri-konstruktiv mövqeyi və Azərbaycan Respublikasının ərazi bütövlüyünü hədəf alan "siyasi manevrləri" Cənubi Qafqazda yaranmış yeni reallıqlarla barışmaq istəməyən qərəzli mövqeyin göstəricisidir.

Bunu hafta.az-a siyasi şərhçi Aytən Qurbanova Fransa Müdafiə Nazirliyinin sərhəddəki vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərmək istəyi və ABŞ rəsmilərinin delimitasiya aparılmadığı təqdirdə, sərhədlərin təyin olunmadığına baxmayaraq, yenidən Azərbaycanı Ermənistan ərazisinə girməkdə təqsirli bilərək, Ordumuzun təcili geri – əvvəlki mövqelərinə çəkilməsi ilə bağlı bəyanatlarına şərhində bildirib.

A.Qurbanova hər iki dövlətin 30 ilə qədər davam edən danışıqlar prosesində iştirak edən əsas aktorlar sırasında olduğunu qeyd edərək, işğal olunmuş ərazilərimizi sülh yolu ilə qaytarmağın mümkün olmadığını bu fonda aydın şəkildə göründüyünü deyib.

“Bu  gün artıq həm regionda, həm də beynəlxalq münasibətlərdə yeni reallıqlar formalaşmaqdadır və Azərbaycan Respublikası yeni yaranmış münasibətlər sistemində kifayət qədər önəmli rol oynayır. Ona görə də, istər ABŞ və ya Fransa, istərsə də başqa bir dövlətin Ermənistana havadarlıq etməsi bu reallıqları dəyişmək iqtidarında deyil. Hadisələri ən pis ssenariyə uyğun olaraq təhlil etsək, sərhədlərin delimitasiya və demarkasiya prosesini uzadaraq vaxt qazanmaq məqsədilə Azərbaycan-Ermənistan sərhəddində növbəti təxribatların olma ehtimalı yüksəkdir. Bir neçə gün əvvəl ABŞ və Fransa səfirliklərinin öz vətəndaşlarına müraciət edərək Azərbaycan-Ermənistan sərhəddində olan bölgələrə səyahət etməməyə çağırması da bu yanaşmanı bir daha təsdiq etmiş olur. Amma hər bir halda, Azərbaycan Respublikası təmkinli mövqeyini qorumaqla yanaşı hadisələri diqqətlə izləyir və bütün təxribatların qarşısını operativ şəkildə alacaq hərbi gücə və siyasi iradəyə sahibdir”.

Siyasət rubrikasından digər xəbərlər