ABŞ və İran arasında texniki məsləhətləşmələr davam edir

08:41 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ və İran nümayəndələri arasında texniki məsləhətləşmələr davam edir.

Hafta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, Vaşinqton Tehranla həll yolu tapmağa sadiqdir və bu istiqamətdə texniki danışıqlar davam etdirilir.

Agentliyin məlumatına əsasən, tərəflər arasında əvvəlki təmaslar zamanı gələcək müzakirələr üçün zəmin yaradılıb. Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran görüşlərindən sonra tərəflərin konstruktiv mühitdə fikir mübadiləsi apardığı bildirilib.