Abşeronda yanğın olub - bir nəfər zəhərlənib

23:31 20.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb.

Ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.