AFFA ermənilərin təxribatı ilə əlaqədar FIFA-ya müraciət ünvanlayacaq

10:00 01.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) tərəfindən FIFA-ya ermənilərin Rumıniya ilə oyunda təxribata əl atması ilə əlaqədar müvafiq qaydada müraciət ünvanlanacaq.

Hafta.az-ın məlumatına görə, bu barədə AFFA-nın "Facebook" səhifəsində bildirilir.

Məlumatda deyilir: "2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq".