Yazını böyüt
Yazını kiçilt
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın V turunun “Sabah” – “Keşlə” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın V turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın V turunun “Zirə” – “Neftçi” oyununda “Zirə” klubu stadiona gec gəldiyinə görə klub 800 manat cərimə olunur;
“Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Ehtiyat qapı standartlara uyğun olmadığı üçün “Zirə” 800 manat cərimə olunur;