Ağdaş sakini bıçaqlandı

11:05 02.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Dəhnəxlil kəndində qeydə alınıb.

Göyçay rayon sakini sakini İlqar Mirzəliyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağdaş sakini Tacəddin Zakirovu bıçaqlayıb. Yaralı Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.