Ağdaşda ev yanıb

19:13 21.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayonunun Qəribli kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 67 m² sahədə və dam örtüyü 88 m² sahədə yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.