Ağstafada 25 yaşlı gənc intihara cəhd edib

09:32 16.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada intihara cəhdin qarşısı alınıb.

Hafta.az-ın məlumatına görə, hadisə rayonun Xəlfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Nadir Fəxrəddin oğlunu yaxınları yaşadığı evdə asılı vəziyyətdə tapıblar. 

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Gəncin hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.