Ağstafaya yeni polis rəisi təyin edildi

13:47 11.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağstafa rayonuna yeni polis rəisi təyin edib.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov Ağstafa RPŞ-nin rəisi təyin olunub.

V.Xəlilov bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi olub. 2018-ci ildə isə Kəpəz RPİ-nin rəisi təyin olunub.

Bundan öncə Ağstafa RPŞ-nin rəisi Elsevər Aslanov olub. O, ötən ayın əvvəlində vəzifəsindən çıxarılıb. E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı mərhum Aslan Aslanovun qardaşıdır.