Ağsu sakinlərindən odlu silahlar götürülüb

16:49 11.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu sakinlərindən odlu silahlar götürülüb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı Göydəlləkli kənd sakini Rəvan Mehdiyevdən və Axunlu kənd sakini Mahir Qədirovdan qanunsuz olaraq saxladıqları iki ov tüfəngi götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktlarla bağlı araşdırma aparılır.