“Akkuyu mərasimi Putindən Ərdoğanın seçki kampaniyasına dəstək deməkdir”

10:15 01.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Kommersant” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin onlayn iştirakı ilə keçirilən Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasimi ilə bağlı qiymətləndirmə dərc edib.

Hafta.az-ın yazdığına görə, Qəzetin təcrübəli müxbirlərindən olan Andrey Kolesnikovun yazdığı məqalədə “Putin Ərdoğanın siyasi iddialarını dəstəkləyir” deyilir. Atom elektrik stansiyaları tarixində yanacaqyükləmə prosesinin heç vaxt bu qədər şərəfli şəkildə qeyd olunmadığına diqqət çəkən Kolesnikov, "Mərasimin əvvəldən seçki kampaniyasının bir hissəsi kimi qurulduğunu və Putinin açılışa qatılaraq bu kampaniyaya dəstək verdiyini" yazıb.

Müxbir, prezident Putinin çıxışında Türkiyənin artıq atom enerjisi olan bir ölkəyə çevrildiyini və bunun iqtisadi baxımından çox əhəmiyyətli bir addım olduğunu bildirdikdən sonra, “Siz qarşınıza iddialı hədəflər qoymağı və möhkəm addımlar ataraq bütün bunlara nail olmağı bacarırsınız” deyib.

Kolesnikov daha sonra Putinin Ərdoğana söylədiyi sözlərdən sitat gətirir: "Beş il əvvəl mənə demişdiz ki, Cümhuriyyətin yüzilliyində AES-i açmaq istəyirsiniz. Yadınızdadırmı, o zaman necə reaksiya vermişdim? Dedim ki, çətin ki... Amma sizin fəal dəstəyinizlə biz buna nail olduq".

Siyasət rubrikasından digər xəbərlər