Alimlərdən iqlim fəlakəti XƏBƏRDARLIĞI

09:30 21.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq klimatoloqlar qrupu planetimiz və xüsusən də bəşəriyyət üçün böyük təhlükə barədə xəbərdarlıq edən araşdırma dərc edib.

"Earth System Science Data" jurnalında yer alan araşdırmaya görə, atmosferə karbon qazı tullantılarının hazırkı sürəti davam edərsə, cəmi 3 ildən sonra Yer kürəsində qlobal temperatur artımı 1,5 dərəcə Selsidən yuxarı qalxacaq. Bu hədd aşılarsa, planet iqlim fəlakəti ilə üzləşəcək.

Elm adamları fəlakətdən qaçmaq üçün karbon qazı emissiyalarının təcili azaldılmasına və karbon saxlama texnologiyalarının təkmilləşdirilməsinə çağırış ediblər.