Almaniya İrandakı səfirliyini BAĞLADI

07:15 18.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın İrandakı səfirliyi müvəqqəti olaraq bağlanıb.

Hafta.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb. Məlumata görə, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi təhlükəsizlik şəraitindən asılı olaraq səfirliyin yenidən açılma ehtimalının nəzərdən keçiriləcəyini bildirib.

Qeyd olunub ki, pasportlarını səfirlikdə qoymuş şəxslər qəbula yazılmaqla onları götürə bilərlər.