Almaniya İraqdakı hərbçilərini çıxarır

15:53 07.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya İraqdakı hərbi təlimatçıların Küveyt və İordaniyaya keçirməyə hazırdır. Hafta.az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer parlamentə ünvanladıqları məktubda yazıb.

Nazirlər bildirib ki, Ət-Taci və Bağdadda yerləşən bazalarda xidmət edən almaniyalı həbi təlimatçılar yaxın zamanlarda ölkədən çıxarılacaq:

"Təlimləri bərpa etmək mümkün olduqdan sonra, hərbçilər İraqa qayıdacaq".Qeyd edək ki, hazırda İraqda təlimlə məşğul olan 120 alman hərbçisi fəaliyyət göstərir.