Almaniyada kütləvi toplaşmaq qadağan olundu

17:37 11.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın paytaxtı Berlində 1000 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Hafta.az-ın məlumatına görə, bunu Berlinin səhiyyə məsələləri üzrə senatoru Dilek Kalaycı deyib.

O bildirib ki, bu qərar virusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Qeyd olunur ki, kütləvi toplaşma qadağası gələn ayın əvvəlinədək qüvvədə olacaq.

Bu günədək Almaniyada 1 622 yoluxma faktı təsdiqlənib, 3 nəfər isə virusun qurbanı olub.