Almaniyanın ən böyük taxta kilsəsi yanıb

22:40 20.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Aşağı Saksoniya əyalətinin Klausthal-Tsellerfeld şəhərində yerləşən ölkənin ən böyük taxta kilsəsində yanğın baş verib.

Hafta.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində kilsənin bir hissəsi yanıb.

Yanğının tam söndürülməsi bir neçə saat çəkib. Polisin məlumatında yanğının qəsdən törədilməsinin ehtimal olunduğu və bu istiqamətdə istintaqın başlandığı bildirilib.

Tarixi kilsə XVII əsrdə inşa edilib.