Anna Buçukuri: “ABŞ-ın Senatı gürcü xalqına zərər verəcək qərar qəbul etməyəcək”

11:20 13.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Strateji müttəfiqimiz olan ABŞ Senatı və heç bir başqa qurum dövlətə və gürcü xalqına zərər verəcək belə bir qərar qəbul etməyəcək”.

Hafta.az-ın yazdığına görə, bu barədə “Gürcüstan Naminə” Partiyasının üzvü Ana Buçukuri bildirib. Onun sözlərinə görə, “Gürcü Arzusu” “mən dövlətəm” deməyə çalışır, amma dövlət gürcü xalqıdır.

“Düzünü desəm, hesabatın özünə deyil, qiymətləndirmələrə qulaq asdım. Burada vacib olan spikerin nə dediyi və nə etmədiyi deyil, şəxsən mənim üçün bu ölkənin vətəndaşı və Gürcüstan parlamentinin üzvü kimi inandığım və əmin olduğum şeylər çox önəmlidir. Strateji müttəfiqimiz olan Amerika Birləşmiş Ştatlarının Senatı və başqa heç bir qurum Gürcüstanla bağlı gürcü xalqına ziyan vuracaq, bir dövlət olaraq Gürcüstana zərər verəcək qərar qəbul etməyəcək. “Gürcü Arzusu” “dövlət mənəm” deməyə çalışır. Mişa da bunu edirdi. Bu belə deyil. İvanişvili, Saakaşvili və ya filan deputatlar dövlət deyil. Dövlət gürcü xalqıdır”, – Buçukuri qeyd edib.