Yazını böyüt
Yazını kiçilt
Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.
Hafta.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın “Uraqan” komandası ilə üz-üzə gəlib. İvano-Frankivski şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçirilən qarşılaşmada komandamız meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.
UEFA Çempionlar Liqası
6-cı qrup
28 oktyabr
Uraqan (Ukrayna) – Araz (Naxçıvan, Azərbaycan) 2:1
Qollar: N.Şved, 9:46. A.Farenyuk, 15:04 – R.Çovdarov, 29:29.