Yazını böyüt
Yazını kiçilt
Məşhur futbolçu Arda Gülərin illər öncə “Behzat Ç.” filmində rol aldığı bəlli olub.
Hafta.az-ın yazdığına görə, filmdə çəkilərkən Arda “Gençlerbirliyi” infrastrukturunda oynayırmış.
2018-ci ildə çəkilən “Behzat Ç.” Filmində baş rolu hazırda Etiməsgut Bələdiyyə Başçısı vəzifəsini icra edən Erdal Beşikçioğlu oynayıb.
Filmin məzmunu belədir: Həm serialları, həm də filmləri Türkiyədə çox məşhur olan Beşikçioğlu Arda Güləri və futbolçu dostlarını məşq meydançasına yığır. Behzat Amir meydanda keçik futbolçulara "Qazanmaq və ya məğlub olmaq deyil, mübarizə və səy göstərmək vacibdir" deyərək çıxış edir.