Argentina polisi hamilə rus qadınları ölkəyə turist kimi girərək dünyaya gətirəcəkləri uşaqlara vətəndaşlıq almaq istədikləri şübhəsi ilə saxlayıb.
Hafta.az-ın "Siren" xəbər portalına istinadən yazdığına görə, fevralın 7-dən bu yana həbs olunan rusiyalı qadınların sayını 18-ə çatıb.
Bildirilir ki, Buenos-Ayres hava limanında saxlanılan qadınlara “yalançı turist” damğası vurulub və ölkəyə buraxılmır. Qadınlardan üçünün məhkəməyə müraciət edərək deportasiyadan yayınmağa cəhd etdiyi öyrənilib.
Xəbərlər arasında məhkəmənin qadınlardan birini haqlı sayaraq ölkəyə buraxılmasına icazə verib. Səhər saatlarında yayılan son xəbərdə saxlanılan qadınların vəkili məhkəmə qərarı ilə onların ölkəyə girişinə icazə verildiyini açıqlayıb.
Argentina qanunlarına əsasən, ölkədə doğulan uşaqlar avtomatik olaraq vətəndaşlıq hüququ qazanır. Rusiya ən uzaq ölkələrdən biri olsa da, hərbi əməliyyat və səfərbərlik qərarından sonra bir çox rusların Argentinada məskunlaşmaq üçün səy göstərdiyi müşahidə edilib.
Rusiyanın Argentinadakı səfirliyinin məlumatına görə, 2022-ci ildə bu ölkəyə köçən Rusiya vətəndaşlarının sayı 2500-ə yaxındır.