Artistlərimiz Karaqanda “DosStar” festivalında çıxış edəcəklər

14:33 03.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Karaqanda Akademik Musiqili Komediya Teatrı (Qazaxıstan) dost ölkələrin incəsənət kollektivlərini ənənəvi “DosStar” payız operetta və musiqi festivalına dəvət edir.

Hafta.az xəbər verir ki, festival artıq 14-cü dəfədir təşkil edilir. Bu il musiqisevərlər üçün bayram sentyabrın 19-dan 21-dək keçiriləcək.

Festivalda altı ölkədən: Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Tacikistan və Macarıstandan olan artistlər iştirak edəcəklər.