AŞPA parlament seçkiləri ilə bağlı hesabatı apreldə müzakirə edəcək

11:57 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri barədə hesabatı 2020-ci ilin aprel ayında baş tutacaq plenar iclasda müzakirə edəcək. Hafta.az-ın xəbərinə görə, bu barədə AŞPA-nın müşahidə missiyasının üzvü, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak bildirib.

Onun sözlərinə görə, hesabat hazırlamaq üçün seçkidən sonra daha iki dəfə Azərbaycana səfər etməyi planlaşdırır.

“Səsvermə prosesi əvvəlki seçkilərdə olduğu kimi, öz axarı ilə davam edir. Hələ ki iki seçki məntəqəsində olmuşam. Ümumilikdə seçki prosesi, seçici fəallığı barədə danışmaq hələ tezdir. Sabah mətbuat konfransı olacaq, müşahidələrimizi sizinlə bölüşəcəyik”, - S.Şennak deyib.