Çində tənha ata 13 yaşlı oğlunu bədən tərbiyəsində zəif performans göstərdiyi üçün samuray qılıncı ilə öldürüb, South China Morning Post məhkəmə sənədlərinə istinadən yazır.
Nəşrin məlumatına görə, hadisə Yang Junminq adlı şəxsin oğlunun müəllimi ilə onlayn görüşdə iştirak etməsindən sonra baş verib. Ataya pis nəticə göstərdiyi və uşağın bədən tərbiyəsi fənnindən yüz baldan cəmi 18 bal aldığı bildirilib. Bundan sonra Yang Junming oğlunu "çox tənbəl olmaqda və kifayət qədər çox oxumamaqda" ittiham edib. Məhkəmədə özünün dediyi kimi, "o qədər qəzəblənib ki, katana götürüb, onu bıçaqlamaq üçün irəli addımlayıb".
Məlum olub ki, həmin şəxs samuray bıçaqları toplamaqda maraqlı olduğu üçün katananı internet mağazasından alıb. Bundan əlavə, məhkəmə-tibb ekspertləri ölən yeniyetmənin üzərində başqa, daha yaşlı xəsarətlər aşkar ediblər ki, bu da onun ölümündən əvvəl bir neçə dəfə döyüldüyünü göstərir.
Nəticədə həmin şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.