ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb

19:24 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in hazırkı sədri Ann Linde Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb.

Bu barədə A.Linde öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq, Azərbaycan bir neçə gün əvvəl Qarabağ müharibəsindən sonra saxlanılan təxribatçı erməni hərbçilərdən üçünü azad edib.

Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana yola salınıb.

Oxunma sayı 471