“Atletiko” lider oldu

23:52 03.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniya La Liqasının 17-ci turunda "Atletiko Madrid" səfərdə "Alaves"in qonağı olub.

Matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Markus Lyorente (41-ci dəqiqə) və Luis Suares (90) vurublar. Matçın 84-cü dəqiqəsində "Atletiko" nun müdafiəçisi Felipe topu öz qapısına göndərib.

 

Aktivinə 3 xal yazdıran "Atletiko" ümumi xalını 38-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. "Alaves" isə 18 xalla 14-cü pillədə qərarlaşıb.modern